24 C
Bakı
30 Sentyabr 2026 17:10
Dünya

36 il lotereyada eyni nömrələri yazdı – 20 MİLYON CEKPOTU UDDU

Kanadanın Ontario ştatının Toronto şəhərinin sakini 36 il ərzində eyni nömrələrlə lotereya oynayıb. Bu isə ona cekpotu udaraq varlanmağa kömək edib.

Bizim  Media xəbər verir ki, bu barədə informasiyanı “CTV News” nəşri yayıb.

Stephen Dixon üç onillik ərzində lotereyada ailəsinin doğum tarixlərini yazıb. Sonda kişi 20 milyon Kanada dolları udub.

Son bileti o, ərzaq mağazasından alıb. Uduşun məbləğini görən kanadalı bunun növbəti tirajın reklamı olduğuna qərar verib. Satıcı qadın bileti yoxlayıb və deyib:

“Aman Allahım, sən böyük mükafat qazandın!”. Qadın rəqs etməyə başlayıb, alıcılar kişiyə yaxınlaşaraq qələbə münasibətilə onu təbrik ediblər.

“Mən heyrətə gəldim və maşına əyləşdim, necə şokda olduğumu anlamağa başladım. İndi anladım ki, reklamlarda insanlar necə sevinirlər”, deyə kişi bildirib.

O, arvadına cekpotu qazandığını deyəndə qadın inanmayıb.

“Zarafat etdiyimi düşündü” deyə kanadalı qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər

Kürdüstan xəritəsini kimlər və nə üçün gündəmə gətirir?

redaktor

Trampın ticarət siyasəti ölkələri ABŞ-a investisiyaya məcbur edir

redaktor

Netanyahu, Flydubai reysi ilə bağlı hadisədən sonra açıqlama verib

redaktor