Siyasət

Ukraynalı generaldan etiraf: “Rus ordusu özünə gəlib, vəziyyət pisdir”

Son günlər Kupyan və Liman istiqamətlərində vəziyyət xeyli pisləşib.

Bu barədə Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu ağır itkilərdən sonra iki ay ərzində özünə gəlib və Makiyevka ərazisində, daha sonra isə Kupyan istiqamətində aktiv hücum əməliyyatlarına başlayıb.

“Şiddətli döyüşlər davam edir. Düşmənin əsas məqsədi qoşunlarımızı dağıdaraq Kupyanı mühasirəyə almaq və Oskil çayının sərhədinə çıxmaqdır. Düşmən hər gün zirehli texnikanın dəstəyi ilə hücum qüvvələri tərəfindən onlarla həmlələr edir, mövqelərimizi iriçaplı minaatanlardan və artilleriya qurğularından atəşə tutur”, – general bildirib.

Sırski qeyd edib ki, ukraynalı döyüşçülər hadisələrin belə inkişafına hazırdılar və ruslara layiqli cavab verirlər. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

“Oğlum Putini devirmək istəmirdi…Dedi ki, “dəstək olacaq” — Priqojinin anası nələri açıqlayıb?

redaktor

PKK-dan Kılıçdaroğluna dəstək: Ərdoğanı devirmək üçün birləşdilər

redaktor

“Zelenski Trampın xahişindən sonra Moskvaya gedə bilər” − “Bloomberg”

redaktor