23 C
Bakı
18 Sentyabr 2026 06:17
Dünya

Ukraynada Rusiya xüsusi xidmət orqanlarına işləyən casus SAXLANILDI

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarında işləyən casusu saxlayıb.

Tacxeber.azRBK-ya istinadən xəbər verir ki, həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri haqqında məlumat toplayıb.

O, toplanmış məlumatları qapalı rabitə kanalları vasitəsilə Rusiya xüsusi xidmət orqanlarının kuratoruna ötürüb. İşğalçılar sonradan bu məlumatlardan təxribat qruplarının “işini”, kütləvi və məqsədyönlü raket hücumlarını planlaşdırmaq üçün istifadə ediblər.

Casusun Odessa vilayətindən olan həkim olduğu üzə çıxıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.az

Oxşar xəbərlər

Türkiyədə PKK terror təşkilatının lideri Abdulla Öcalana rəsmi status verilir

admin

“İranı məhv etmək, ya yox”: Tramp taleyüklü bir qərardan danışdı

redaktor

Ayətullah Xomeyni qarşısında çadrasını çıxarmağa cəsarət edən jurnalist qadın

redaktor