18 C
Bakı
10 Oktyabr 2026 23:50
Dünya

Kadırov Quranı yandıran məhbusu döyən oğluna haqq qazandırdı – VİDEO

 

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda həbsdə olan Nikita Juravelin döyülməsinin videoyazısını öz sosial şəbəkə səhifəsində paylaşıb.

O, məhbusun oğlu Adam Kadırov tərəfindən döyüldüyünü etiraf edib və gəncin hərəkətinə haqq qazandırıb.

“Döyüb və düzgün edib. Üstəlik, mən hesab edirəm ki, hər hansı bir müqəddəs kitaba qəsd edən, o cümlədən onu nümayişkaranə şəkildə yandıran və bununla da böyük ölkəmizin on milyonlarla vətəndaşını təhqir edən hər kəs ağır cəza almalıdır”,  Ramzan Kadırov yazıb.

Xatırladaq ki, Juravel Quranın yandırılmasına görə həbs olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor