24 C
Bakı
11 Avqust 2025 23:05
Siyasət

Kreml: Ərdoğan-Əliyev görüşü Qarabağda təhlükəsizliyə və regionda həyatın normallaşmasına töhfə verəcək

 

“Ümid edirik ki, Azərbaycan prezidentinin Türkiyə prezidenti ilə keçirdiyi bütün görüşlər regionda təhlükəsizliyə töhfə verəcək və baş verənlərdən sonra Qarabağda həyatın normallaşmasına töhfə verəcək. Bu, gözləntilərdir”.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğan və Əliyev arasında Naçıvanda keçiriləcək görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan suveren ölkələrdir və əməkdaşlığı inkişaf etdirmək üçün öz suveren hüququndan istifadə edirlər. “Biz Bakı ilə Ankara arasında nə qədər sıx əlaqələrin olduğunu bilirik. Bizim də həm Ankara, həm də Bakı ilə heç də az olmayan yaxın münasibətlərimiz var”, – Peskov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Sözlərini bir etsələr, Rusiya Ukraynadakı savaşı bitirəcək – Morozov

redaktor

“Koçaryanla Sarkisyan da Azərbaycana təhvil veriləcək” – Tonoyandan ŞOK AÇIQLAMA

admin

Özbəklər Almaniya yolunda

admin