Siyasət

Durum bir anda dəyişdi – “Bu, ermənilər üçün ürpədicidir”

Yunan və ermənilərin lobbiçiliyini edən amerikalı senator Bob Menendezlə bağlı skandal ABŞ-ın gündəminə bomba kimi düşüb.

Rüşvət alma ittihamı ilə cinayət işi açıldıqdan sonra Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verən Menendezlə bağlı casusluq iddiası da var.

Menendezin skandalları ABŞ mediasında rezonans doğurub. “Washington Post” qəzeti günlərdir Menendez və erməni əsilli həyat yoldaşı Nadina Arslanyanın ölkəninin milli maraqlarını sataraq aldıqları rüşvətdən yazır.

2006-cı ildən Senatda olan Menendesə qarşı irəli sürülən ittihamlarda həyat yoldaşının yüzminlərlə dollar qarşılığında Misirə məlumat ötürməsi iddialarına da yer verilib.

Senatda Menendezin istefasını tələb edən səslər yüksələrkən, Yunanıstanda F-16 çaxnaşması başladı.

“İefimerida” saytı amerikalı senatorun qələminin qırılmasının Türkiyənin işinə yaradığını yazır. Mənbə indi yunanları düşündürən əsas sualın bu olduğunu qeyd edir: “Ankara F-16 alacaqmı?”.

Sayt Menendezə qarşı irəli sürülən korrupsiya ittihamlarının F-16-ların Türkiyəyə satışının qarşısındakı maneələri aradan qaldıracağını iddia edir.

“The Toc” isə vurğulayır ki, Menendezin istefası yunan və erməni lobbiləri üçün ürpədicidir.

Məqalədə Türkiyə üzrə mütəxəssis, Bruklin Kollecinin professoru Luis Fişmanın açıqlamasına da yer verilib: “O, Türkiyənin Vaşinqtonda ən radikal rəqiblərindən biridir və F-16-ların satışını əngəlləyir. Bu, Baydenin işini asanlaşdıracaq”.

Bob Menendezin istefası uzun illər bu şəxsdən Azərbaycana qarşı istifadə edən erməniləri də məyus edib. Amerikalı senator Azərbaycan ərazisində separatizmin əsas dəstəkçilərindən biridir. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Bu, Qarabağ ermənilərinin reinteqrasiyasının başlanğıcıdır – Korotçenko

redaktor

Lakin nə qədər təzadlı görünsə də, ABŞ-ın müharibəyə qoşulması onun 10 illik böhrandan çıxmasına kömək etdi.

admin

Məlahət İbrahimqızı: “Azərbaycanda keçirilən seçkilər Avropadakı seçkilərdən heç də geri qalmır”

redaktor