2 C
Bakı
11 Fevral 2026 05:36
Cəmiyyət

Qənirə Paşayevanın səhhəti… – Köməkçisi danışdı

“Hazırda Qənirə Paşayevanın səhhəti ilə bağlı əlavə bir bilgimiz yoxdur. Ötən gün həkimlərinin mediaya açıqlamasından başqa əlavə bir məlumat verilməyib”.

Bunu Teleqraf.com-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın köməkçisi Elbəy Bədirov deyib.

O qeyd edib ki, xanım deputatın səhhətinin hansı durumda olması ilə bağlı onun yanında olan əməkdaşlardan məlumat ala bilir: “Amma hələ ki, yeni bir məlumat yoxdur. İnşallah ki, yaxşı olar. Yaxınlarından, qohumlarından da əlavə bir bilgi almamışıq”.

 

Qeyd edək ki, Milli Məclisin deputatı Qənirə Paşayevanın səhhətinin pisləşməsi ilə bağlı sentyabrın 24-ü səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edilib. Hazırda xanım deputat Mərkəzi Klinikanın reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulu olduğu açıqlanıb. Ötən gün onu müayinə edən həkimlər vəziyyətinin ağır olduğunu bildimişdi. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Şamaxı”ya qarşı

admin

Siqaretlə bağlı cərimələr 6 dəfə artırılır

redaktor

Kahramanmaraşda salınan Azərbaycan məhəlləsinin mənzilləri yaşayış üçün hazırdır – FOTO/VİDEO

redaktor