Hadisə

Yeni 5 qəpiklik buraxıldı.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları 25 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edilib ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Meksikada helikopter qəzasında dörd nəfər ölüb

redaktor

İran İslam Respublikasındakı rejimin süqut baş verəcəkmi?

admin

Polkovnik Elnur Məmmədov HƏBS EDİLDİ

redaktor