Siyasət

Səfir: “Bu minalar yaxın zamanda yerləşdirilib, bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”

 

“Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?”.

Tacxeber.com xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin “X” hesabındakı paylaşımında yer alıb.

Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina blokadasının qurbanı olub:

“Üstəlik, bu minalar yaxın zamanda yerləşdirilib, çünki bu yollar istehkamçılar tərəfindən dəfələrlə yoxlanılıb və hər gün oradan çoxlu sayda maşın keçir”, – paylaşımda vurğulanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Pekin səfərinin pərdəarxası: Lukaşenko çıxış yolu axtarır

redaktor

Müharibənin Bumeranq Effekti: Rusiya Öz Yanacaq Qıtlığında Boğulur

redaktor

“Krım konsensusu” və kollektiv məsuliyyət

redaktor