26 C
Bakı
21 İyun 2025 18:42
Siyasət

Ərdoğan ermənipərəst senator Bob Menendes haqqında: “Deyəsən, məni tanımır”

“Bob Menendes Türkiyəni tanımır. Belə görünür ki, Bob Menendes heç Rəcəb Tayyib Ərdoğanı da tanımır”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında deyib.

O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendes kimi simaların Yunanıstanın təhlükəsizliyi kimi bir sıra mövzuları bəhanə edərək Türkiyəyə “F-16” satışına mənfi yanaşmasına münasibət bildirib.

“Yunanıstanla Türkiyə qədim dostluq əlaqələrinə malikdir. Menendesin Türkiyəyə qarşı düşməncəsinə münasibəti var və bizi seçdiyi müəyyən bir müzakirə arealına çəkməyə çalışır. Ancaq biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”, – deyə dövlət başçısı vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail “məhv etdik” demişdi – MAQATE təkzib etdi, vura bilməyiblər

redaktor

Pakistan İranla bağlı xüsusi iclas çağırdı.

admin

Trampdan BRİCS-ə xəbərdarlıq.

admin