13 C
Bakı
30 Mart 2026 11:24
Siyasət

Amerikalı senator: Azərbaycan bizim üçün vacib ölkədir

 

“Biz həm Azərbaycanla, həm də Ermənistanla güclü strateji əlaqələrə malik olmaq istəyirik. Ermənistanla Rusiya arasında münasibətlərin geriləməsi fonunda bizim buna nail olmaq imkanımız var”.

Tacxeber.com xəbər verir ki, bunu amerikalı senator Ben Kardin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı deyib.

“Bu, mübahisəli ərazidə problemləri həll edərkən dəyərlərimizə sadiq olub-olmamağımız önəmlidir. Birləşmiş Ştatlar humanitar yardıma görə dəhliz açmaq üçün addımlar atmalıdır. Bununla belə, ilk növbədə nə istədiyimizi başa düşməliyik. Azərbaycan bizim üçün vacib ölkədir, lakin prezident Baydenin dediyi kimi, biz öz dəyərlərimizi rəhbər tutmalıyıq”, – senator qeyd edib.

O əlavə edib ki, ABŞ həm Ermənistan, həm də Azərbaycanla strateji əlaqələri inkişaf etdirməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

“Siyasətçi yox, siyasi şoumendir” – Pənahlının başı üstə durmasına sərt reaksiyalar

admin

Türkiyədə bələdiyyə seçkiləri: Əsas şəhərlərdə CHP liderdir

redaktor

Macarıstan Ukraynaya “Drujba”ya hücuma görə elektrik enerjisini kəsmək ehtimalı ilə bağlı eyham edib

redaktor