16 C
Bakı
27 Sentyabr 2025 22:48
Cəmiyyət

Ermənilər “Cənab leytenant” mahnısını təhrif etdilər: Şəmistan Əlizamanlıdan REAKSİYA – FOTO

 

Ermənilərin musiqilərimizi, milli yeməklərimizi, toponimlərimizi və digər mədəniyyət nümunələrimizi öz adlarına çıxardıqları bəs deyilmiş kimi indi də mahnılarımızın sözlərini təhrif etməyə başlayıblar.

Şəmistan Əlizamanlının ifasında sevilən “Cənab leytenant” mahnısının sözlərini, necə deyərlər, özlərinə sərf edən şəkildə “tərcümə” ediblər.

Erməni istifadəçilər sosial şəbəkələrdə yazırlar ki, guya mahnıdakı “hay” kəliməsi “erməni” mənasını verir. Guya azərbaycanlılar hərbçilərdən erməniləri istəyir və bunun mənası onları ələ keçirib, öldürməkdir.

Şəmistan Əlizamanlı məsələ ilə bağlı demokrat.az-a açıqlama verib. “Gülməlidir. Nə deyə bilərəm?! Erməni xisləti öz sözünü deyir. Bu sözlərə sadəcə gülməklə cavab vermək olar”, – deyə Ş.Əlizamanlı qeyd edib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Rusiyadakı azərbaycanlılar üçün QARA GÜNLƏR başlayır – hüquqşünasdan şok XƏBƏRDARLIQ VİDEO

redaktor

Aqil Abbas ailəsi ilə birlikdə Ağdama köçmək istəyir

redaktor

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi aldı

redaktor