21 C
Bakı
16 Oktyabr 2026 06:14
Digər

Araz Əlizadə: “Rus dilinə qadağa qoysaq, çevrilib Ukrayna olacağıq”

 

“Bəziləri tövsiyə edir ki, ictimai yerlərdə rus dilində danışılmasın, buna qadağa qoyulsun. Xeyr. Çox axmaq, səfeh fikirdir. İnsan hansı dildə istəyir, o dildə də danışır. Buna qadağa qoymaq lazım deyil. Qadağa qoysaq, çevrilib Ukrayna olacağıq. İstəmirəm ki, Azərbaycan Ukraynaya çevrilsin”.

Tacxeber.az  xəbərverir ki, bu fikirləri Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə deyib.

A.Əlizadə uşaq bağçalarında Azərbaycan bölmələrinin sayının azalmasına, hətta bəzi bağçalarda bu bölmənin olmamasına da münasibət bildirib: “Bunun üçün uşaq bağçalarında və məktəblərdə Azərbaycan bölmələrində təhsilin səviyyəsini artırmaq lazımdır. Azərbaycan bölmələrində təhsil zəifdir. Təəssüf ki, ona görə də valideynlər uşaqlarını rus bölməsinə verirlər”.

 

Tacxeber.az

Oxşar xəbərlər

Heç nə əbədi deyil…

redaktor

Allahın varlığına inanmağım səni niyə narahat edir?

redaktor

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor