Siyasət

“Vaqner”in yeni komandiri bu şəxs olacaq – Putinin bir nömrəli adamı (DOSYE)

 

“Vaqner” lideri Yevgeni Priqojin və komandiri Dmitri Utkin təyyarə qəzasında öldükdən sonra onların boş qalmış yeri uğrunda savaş qızışıb.

Tacxeber.com xəbər verir ki, hazırda indi hamını silahlı dəstənin yeni rəhbəri və komandiri kimin olacağı maraqlandırır.

Əldə edilən bilgilərə görə, “Vaqner”in yeni rəhbəri postuna ən real namizəd hərbi şirkətin kəşfiyyat və dövlət qurumları ilə əlaqəsini təmin edən Putinə ən yaxın adam hesab edilən ehtiyatda olan polkovnik Andrey Troşevin adı çəkilir.

Troşev 5 aprel 1962-ci ildə Leninqradda anadan olub. “Sedoy” ləqəbi ilə tanınan ehtiyatda olan polkovnik, Çevik Xüsusi Təyinatlı Dəstəsində, OMON-da komandir olub. Əfqanıstan və Çeçenistan müharibələrinin veteranıdır.

Təqaüdə çıxdıqdan sonra “Vaqner” tərkibində Suriyada döyüşlərdə iştirak edib.

O həm Kreml, həm də Rusiya Baş Qərargahı tərəfindən dəstəklənən yeganə namizəddir.

Tacxeber.com

Oxşar xəbərlər

Deputat: İran bizimlə diktə dilində danışa bilməz

redaktor

Tokayevdən daha bir anti-Rusiya bəyanatı

admin

Bərdədə rus TIR-ının ilişib qalma sirri bəlli oldu – Erməni deputat açıqladı

redaktor