17 C
Bakı
28 Sentyabr 2025 03:05
Hadisə

Priqojinlə təyyarədə ölən yeganə qadın Kristina kimdir? – MARAQLI FAKTLAR- FOTO

 

Ötən gecə Rusiyanın Tver vilayətində “Embraer Legacy 600” özəl təyyarəsi qəzaya uğrayıb. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı ölüb.

BAKU.WS xəbər verir ki, təyyarənin göyərtəsində olan yeganə qadın 39 yaşlı Kristina Raspopova (Yadrevskaya) olub.

Kristina Çelyabinsk vilayətinin Yemanjelinsk şəhər prokurorunun müavini Yevgeni Raspopovun böyük bacısıdır. O, Qazaxıstanda anadan olub. Sonradan Kristina Rusiyanın paytaxtı Moskva şəhərində yaşamaq qərarına gəlmişdi. Bu yaxınlarda o, Sankt-Peterburqa köçmüş və “MNT Aero” şirkətinin həyata keçirdiyi şəxsi uçuşlarda stüardessa işləyirdi.

Qəza günü Kristina uçuşun gecikməsindən şikayətlənib. O, şəxsi bloqunda uçmağa hazır olduğunu göstərən bir foto paylaşıb. O, paylaşımda səhər yeməyi və tam dolu çamadanı göstərib.

Oxşar xəbərlər

Adapteri cərəyana qoşanda partlayış oldu: Kürdəmirdə ər-arvad ölümünün TƏFƏRRÜATI

redaktor

Ofeliya Məhərrəmova: “Rəis dedi ki, Sevinc təcridxanadakı əcnəbilərin seçkilərdə səs verdiyini yaydığı üçün cəzalandırılır”

admin

Qəzada qollarını itirən qızın donoru kişi oldu.

admin