Dünya

Rus ordusunun müdafiəsi yarıldı – Mövqelər ələ keçirildi

Ukrayna hərbi qüvvələri Zaporoje vilayətinin Robotin qəsəbəsi ərazisində taktiki uğur qazanıblar. Ukraynalılar Donetsk və Zaporoje vilayətlərinin inzibati sərhədində və şərqdə əks-hücum əməliyyatlarını davam etdirirlər.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qüvvələri Robotinin mərkəzi ərazilərinə çatıb və Malaya Tokmaçkanın cənubunda Rusiya ordusunun müdafiəsini yarıb.

Rus qoşunlarının Robotinin şərqində hücum əməliyyatları uğursuzluqla nəticələnib.

Bir sıra rus mənbələri bildirirlər ki, Ukrayna ordusu Robotin-Verbov və Oriçovdan 21 km cənub-şərqdə intensiv hücumlardan sonra Rusiyanın müdafiə xəttinin önündəki bəzi mövqeləri ələ keçirib. Ruslar Ukrayna qoşunlarının Malaya Tokmaçkanın cənubuna hücumundan sonra Verbovoy yaxınlığındakı bəzi mövqelərdən geri çəkiliblər.

Tacxeber.com

Oxşar xəbərlər

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor

Ukrayna Rusiyaya təxminən 64 min dron atıb

redaktor