17 C
Bakı
28 Sentyabr 2026 10:39
Cəmiyyət

Məşhur icra başçısı şəhidin evinə görün nə cür ət göndərdi.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailəsinin evinə göndərdiyi ət sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bu haqda paylaşılan videoda şəhid ailəsinə mənsub olduğu bildirilən şəxs evinə göndərilən əti paylaşaraq “özlərini reklam edirlərsə bax göndərilən ət budur! Nə qədər qır-qırıntı var, yığıb göndəriblər. Çəkib göndərdim özlərinə, dedim gəlin aparın, mənim buna ehtiyacım yoxdur!”, deyə etirazını bildirib.

Paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hər kəs şəhidin evinə Tərtər rayon icra hakimiyyətinin başçısı adından göndərilən bu payı qınayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq

redaktor

Xarici Siyasətdə “İslamofobiya” tənqidi, daxildə hicab qadağası

redaktor

Giləmeyvələr fəsiləsi

redaktor