21 C
Bakı
09 Oktyabr 2026 12:02
Hadisə

Keçmiş həyat yoldaşı Aysel Şükürü bıçaqlamaq istədi – Foto

Keçmiş həyat yoldaşı Aysel Şükürü bıçaqlamaq istədi - Foto

Bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Elşən Əsgərlinin onu bıçaqlamaq istədiyini deyib.

Tacxeber.comxəbər verir ki, bloger bu barədə özü məlumat yayıb. Aysel dostlarından birinin araya girərək onun həyatını xilas etdiyini bildirib:

“Dünən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi. Bıçaq dostlarımdan birinin əlinə və ayağına girdi. Mən ondan sübut istədim. Heç nəyi sübut edə bilmədi. Oğlumun, anamın yanında evimin qabağında ağzına gələni danışdı. Daha sonra məni sakit danışmaq adı ilə görüşə çağırdı. Getdim. Elə danışan yerdə mənə bıçaq çəkdi. Bunların hamısını videoya çəkmişəm. Məni bıçaqlamaq istəyəndə bıçaq dostumun əlinə, ayağına girdi. Sonra polislər gəldi. Polislərimizə təşəkkür edirəm”.

Qeyd edək ki, cütlük aliment səbəbilə problem yaşayıb. Bloger hadisə zamanı ağır travma aldığı üçün hazırda xəstəxanaya yerləşdirildiyini deyib.

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor