13 C
Bakı
27 Mart 2026 21:04
Hadisə

Surət Hüseynovun zəhərlənməsi iddiası haqda: “Canıyla əlləşirdi…”

 

Belə ki, bir sıra media orqanlarında sabiq baş nazirin yaxınları onun tədricən zəhərləndiyini iddia ediblər.

Onlar bildirir ki, Surət Hüseynov Azərbaycandan ona göndərilən ərzaq məhsullarının vasitəsilə zəhərlənib.

Ancaq Surət Hüseynovun kürəkəni Kamran Məmmədov Gununsesi.info-ya açıqlamasında bu iddiaları təkzib edib:

“Surət müəllim uzun müddət idi ki, xəstə idi. Mən inanmıram ki, hansısa zəhərlənmə şübhəsi olsun, indi bunu kimlərsə deyib. Bilmirəm niyə deyiblər, ancaq o xəstə idi və xəstəliyin nəticəsində də vəfat edib”.

Surət Hüseynovun siyasi partiya yaratması barədə onun mətbuat katibinin dediyinə gəlincə, Kamran Məmmədov bu iddianı da inkar edib: “Onun siyasi partiya yaratma istəyi olmayıb. Belə bir şey olsa mənim də xəbərim olardı. Surət müəllim son bir il idi ki, canıyla əlləşirdi”.

Tacxeber.com

Oxşar xəbərlər

Aktrisaya Bakıda təcavüz edildi

redaktor

Putinin Cənubi Krım sahilində sarayının olduğu üzə çıxıb

admin

Karen Calavyan məhv edildi

admin