Gündəm

Natəvan Babayevanı səhv müalicə etdiyi iddia olunan HƏKİM DANIŞDI

Ötən gün onkoloji xəstəlikdən 46 yaşında dünyasını dəyişən telejurnalist Natəvan Babayevaya səhv diaqnoz qoyduğu deyilən tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti Tamara Quliyeva iddialara cavab verib.

Tacxeber xəbər verir ki, Tamara Quliyeva Teleqraf.com-un əməkdaşının suallına “Ümumiyyətlə, Qənirə Ataşovanın vəziyyətdən xəbəri yoxdur. Mən heç xəstəni əməliyyat etməmişəm. Xəstə hər iki orqanın onkoloji xəstəsi idi”, – deyə cavab verib.

Qeyd edək ki, Qənirə Ataşova ötən gün Natəvan Babayeva haqqında sosial şəbəkədə paylaşım edərək bu sözləri yazıb: “Onu Bakıda Toma (Tamara Quliyeva) adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natəvana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natəvana əksini dedi. Beləcə Natəvan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi”.

Tacxeber.com

Oxşar xəbərlər

Elzadan şok sözlər: “Qudam deyir ki, sən artıq qalibsən…”

admin

Televiziya aparıcıları prokurorluğa çağırıldı – Onlardan yığılan pulların aqibəti soruşulur

redaktor

Naxçıvan gömrüyündəki əməliyyatların şok pərdəarxası – Yüz milyonlarla dəyiri olan mallar rüsumsuz idxal edilirmiş

redaktor