32 C
Bakı
12 Avqust 2025 17:28
Şou

“25 manatı Niyama xərcləmək istəmirsiz?” – VİDEO

 

Xəbər verdiyimiz kimi, Novxanıda yerləşən “My Beach” istirahət mərkəzində ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması böyük müzakirələrə səbəb olub. Müştəridən əlavə bu qədər məbləğin tutulması qanunsuz hesab edilib. “Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı istirahət mərkəzinin sahibi müğənni Niyam Salami açıqlama verib.

O, məkanında ümumi hesabın 25 faizinin xidməthaqqı kimi tutulması haqda tənqidlərə belə münasibət bildirib: “Bura gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansamblla canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?”.

 Tacxeber.com

Oxşar xəbərlər

Məmur xanım bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi.

admin

77 yaşlı Şvartsenegger yeni görünüşü ilə heyrətləndirdi

admin

Emin Ağalarov həyat yoldaşının fotolarını paylaşdı

redaktor