Şou

“Xəzər TV”dən Elza Seyidcahanla bağlı açıqlama

 

Sosial şəbəkələrdə Əməkdar artist Elza Seyidcahanın “Xəzər” Televiziyasında veriliş aparacağı ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı “Xəzər” Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova “Facebook” hesabında paylaşım edib.

“Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə yanaşaraq qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində “Xəzər” Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma “Xəzər” Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”, – deyə Ü.Qasımova bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Aygün Kazımova ilə Emin bir arada – Fotolar

admin

Vəfa Şərifova həyat yoldaşından ayrıldı

redaktor

“Pişik Günel”: Rəsmi nikahım olmasa da, övladım halallıqla dünyaya gəlib

redaktor