31 C
Bakı
13 Avqust 2025 15:16
İqtisadiyyat

AQTA: “Azərbaycana idxal olunan bütün yağlar yüksək riskli məhsullar kateqoriyasına aiddir”

 

“Azərbaycana idxal olunan bütün yağlar yüksək riskli məhsullar kateqoriyasına aiddir. Həmin müəssisələrin tərəfimizdən qeydiyyatına icazə verildikdən sonra onların məhsullarının idxalına icazə veriləcək.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair mətbuat konfransı deyib.

Onun sözlərinə görə, bir sıra hallarda məhsullar, o cümlədən yağlar barədə qarayaxma kampaniyalar həyata keçirilir: “Yağ məhsullarının idxalı və ya satışının monitorinqi tərəfimizdən daim aparılıb. Ticarət şəbəkələrində satışı həyata keçirən şəxslər yağlar barədə alıcıya doğru məlumat vermir və aldadırlar. Onlar spred yağlarını kərə yağı adı ilə təqdim edirlər. Əkin etmək istəyirəm ki, respublika ərazisinə keyfiyyət və təhlükəsizlik göstəricilərində problem olan məhsul keçmir. Dövlət nəzarəti tam təmin olunur”.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin sağlamlıq turizmindən əldə etdiyi gəlir təəccübləndirdi

admin

Şifrəni unutdu, milyonlarla dollar getdi – Bitcoin itirənlərin unudulmaz hekayələri

admin

Hesablama Palatası AZAL-da: Həqiqi yoxlama, yoxsa tamaşa?..

admin