İdman

Azərbaycan idmançısı dünya çempionatında rekord qırdı – FOTO/VİDEO

Azərbaycan atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən paralimpiya üzrə dünya çempionatına uğurlu start verib.

  xəbər verir ki, sprinter 100 metr məsafəyə qaçış yarışının yarımfinal mərhələsində bütün rəqiblərini qabaqlayıb.

L.Vəliyeva məsafəni 11,89 saniyəyə qət edib. Beləliklə, o, dünya çempionatlarının rekordunu müəyyənləşdirərək finala yüksəlib.

Final qaçışı bu gün olacaq.

L.Vəliyeva, həmçinin, 400 metr məsafədə də özünü sınayacaq.

Xatırladaq ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metrdə isə qızıl medal qazanıb. (Oxu.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin