24 C
Bakı
13 Avqust 2025 08:15
Dünya

“Putinin hakimiyyətinin sonuna həftələr qaldı…” -SAAKAŞVİLİ

Tiflisdə həbs cəzasına məhkum edilmiş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin sonuna cəmi bir neçə həftə qalıb. Kreml ağasının postunu nə qədər tez itirməsi Ukrayna ordusunun döyüş meydanındakı uğurundan asılıdır.

Tacxeber.com xəbər verir ki, bu barədə Saakaşvili “Facebook” səhifəsində yazıb.

“Mən Putini yaxşı tanıyıram, bu günlərdə ona baxıram və onun bu qədər isterik olduğunu xatırlamıram. İndi mənə aydın oldu ki, Putinin hakimiyyətdə olmasına həftələr qalıb”, – Gürcüstanın keçmiş lideri deyir.

Putinin isterik reaksiyasının əlaməti kimi Saakaşvili Kreml sahibi üçün Rusiya Federasiyasının  ən geridə qalmış əyaləti olan Dağıstanda təşkil edilmiş “xalqın içinə getmə” kampaniyasını hesab edir.

Onun sözlərinə görə, tezliklə Rusiyada “böyük xaos” yaranacaq.

“Bunun nə qədər tez baş verəcəyi əsasən Ukraynanın döyüş meydanında irəliləməsindən asılıdır. İrəliləyiş davam edir. Ukraynalılar yaxın həftələrdə Baxmutu geri qaytaracaq, sentyabrda minimum Azov dənizinə çatacaq və Krıma girməyə başlayacaq. Ukraynanın Krıma girməsi  isə Putin üçün sondur”, –  deyə Saakaşvili vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Səfərbərliyə çağırılan ruslar cəbhəyə çatmamış ölür – Sensasion statistika

redaktor

Ukraynalı hərbçilərdən inanılmaz addım: Türkiyədə etiraz yaratdı – Foto

admin

Rəisi İsrailin “qırmızı xətləri” keçdiyini deyib

redaktor