Dünya

“Titanik”də yazılan məktub 12 min dollara satıldı

 

“Titanik” gəmisində olan sərnişinlərdən birinin yazdığı məktub Uruqvayda keçirilən hərrac zamanı 12 min dollara satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb.

1912-ci il aprelin 11-i tarixli bu məktubu uruqvaylı Ramon Artaqaveytiya Qomes öz qardaşına yazıb. Məktub “Titanik” gəmisinin Atlantik okeanına yola düşməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib.

Məktubu alan şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci ildə aprelin 14-dən 15-nə keçən gecə batıb. Hadisə nəticəsində gəmidə olan 2224 nəfərdən 1513 nəfəri həlak olub.

Tacxeber.com

Oxşar xəbərlər

Putin düşmən olduğunu dəfələrlə sübut etdi – Leyen

redaktor

Rusiya rəsmisindən Trampa ironiya: “Nobel Sülh Mükafatını unut”

redaktor

Məşhur cütlük BARIŞDI: “Həyatımın qadını deyildi…”

redaktor