Dünya

İğtişaşlar zamanı Makron konsertdə olub… – VİDEO

 

Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun iğtişaşlar zamanı harda olduğu məlum olub.

Onlar Parisdə yerləşən “l’Accor Arena” konsert salonunda baş tutan Elton Conun konsertinə qatılıblar.

Ölkə başçısının yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlanan iğtişaşlar fonunda bu addımı atması müzakirələrə səbəb olub.

Xatırladaq ki, Fransanın Nanter şəhərində 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkədə başlayan şiddətli iğtişaşlarda yüzlərlə insan həbs edilib./Yeniavaz.com

 Tacxeber.com

Oxşar xəbərlər

Şimali koreyalılar Ukraynada böyük itki verir

redaktor

Hətta Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən parada yerinə başqa diplomatı göndərib.

admin

Öcalan azadlığa çıxa bilər? – Baxçalı gündəm yaratdı

admin