22.5 C
Bakı
29 İyun 2026 03:18
GündəmSağlamlıq

Xərçəng xəstələri üçün vacib vitamin

 

Araşdırmalara görə, D vitamini əlavəsi xərçəng xəstələrinin sağ qalma şansını artırmağa kömək edə bilər.

Alimlər 105 min xərçəng xəstəsini əhatə edən bir neçə tədqiqatın meta-qiymətləndirməsi nəticəsində aşkar ediblər.

Tacxeber.com xəbər verir ki, onkoloq Andrey Vorobyovun sözlərinə görə, xərçəng xəstələri tez-tez D vitamini çatışmazlığından əziyyət çəkirlər. Kolorektal xərçəngli xəstələrin iştirak etdiyi araşdırmada bu rəqəm 59 faiz olub.

D vitamininin gündəlik qəbulu xərçəng xəstələrinin sağqalma şansını artırır.

Alimlər D3 vitamini qəbulu ilə xərçəng ölümləri arasında əlaqə qura biliblər:

Yüksək tək dozalarla (ayda 60.000-120.000 IU və ya daha az) dörd tədqiqat xərçəngdən ölüm hallarına heç bir təsir göstərməmişdir.

Bunun əksinə olaraq, gündəlik aşağı dozalarla (gündə 400-4000 IU) on tədqiqatın xülasəsində tədqiqatçılar xərçəngdən ölüm halında 12 faiz azalma müəyyən ediblər.

Həmçinin faktiki D vitamini çatışmazlığı olan insanlarda ölüm hallarının əhəmiyyətli dərəcədə yüksək olduğunu irəli sürürlər.

D vitamini xərçəngdən qorumur, lakin xərçəng ölümlərini azalda bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Müdafiə Naziri ,bizim eks Müdafiə Naziri Səfər Əbiyevin yolun gedir

redaktor

Rəşad Dağlı ilə bağlı QƏRAR VERİLƏ BİLƏR

redaktor

Tolik niyə cəzalandırılmır?

redaktor