25.3 C
Bakı
01 Avqust 2026 11:05
Cəmiyyət

Yusif Mustafayev sələmə pul verir?

“Sosial şəbəkədə yazırlar ki, pulu sələmə verir. Buradan deyirəm ki, sələmə pul verirəmsə, Allah məni öldürsün, evimi yıxsın. Mən insanlara əl tutmuşam. Bunu deyənlərə lənət olsun”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Xəzər axşamı” verilişində deyib. Bir neçə gün əvvəl dostlarının ona 120 min manatdan çox borcunun olduğunu açıqlayan sənətçi çağırışdan sonra məbləğin bir qismini geri aldığını bildirib:

“Uşaq olanda anam həmişə deyirdi ki, çalış yaxşılıq elə. Elə bilirdim ki, anamın sözüdür. Sən dəmə, atalar sözü imiş… Verilişdə deyəndən sonra yavaş-yavaş borcumu qaytarmağa başlayıblar, sağ olsunlar. Yenə də deyirəm, kim verməsə, adını efirdə çəkəcəyəm”.

Tacxeber.com

Oxşar xəbərlər

“Vital Hospital” bağlandı

redaktor

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor

İdeoloji müstəqillik ən çətin yoldur

redaktor