Hadisə

Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı – VİDEO

 

Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.

Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib.

Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu Rüstəm İbrahimov lentə alıb.

Bizim.Media-nın təqdim etdiyi görüntülərdə Rüstəm İbrahimov qardaşının ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib.

Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınırlar.

 

Oxşar xəbərlər

Baş həkim olmaq istəyirdi, başına iş gəldi – 250 min manat…

redaktor

Bakıda kanalizasiya kollektoruna düşən gəncin meyiti TAPILDI

redaktor

Neftçalada bu vəsaitin vətəndaşlardan çıxarılmasını Mehriban Əliyevanın adı ilə bağlayırlar.

admin