Hadisə

Meşədə narkotik becərən şəxs saxlanıldı – FOTO

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ölkə.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Oğuz şəhər sakini, əvvəllər də məhkum olunmuş Əsgər İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Rayon ərazisində meşəlik əraziyə baxış keçirilən zaman oradan Ə.İsmayılovun becərdiyi çətənə bitkiləri aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsinə narkotik tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və aqrotexniki qulluq göstərdiyi etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

Oxşar xəbərlər

Keçmiş başçının 2 milyonu yoxa çıxıb – “Pulu oğlu xərcləyib, indi atasının qorxusundan məni şərləyir”

redaktor

Ruslar metallomla uçdular – Rusiyada bu gün baş verən təyyarə qəzası haqqında

admin

Azərbaycan Çindən yemiş alışını 198 dəfə artırıb – Hökümət nə etmək istəyir?

admin