Cəmiyyət

Buzovnada çimərlik yenidən hasarlandı – VİDEO

 

Xəzər rayonu Buzovna qəsəbəsində Zuğulba adlanan ərazidə çimərlik hasarlanıb.

Tacxeber.com xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Hasarlama işlərinin bir neçə gün öncə gecə saatlarında aparıldığı deyilir. Bildirilir ki, burada özəl çimərlik yaradılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Buzovnada dəniz sahili ərazidə qanunsuz tikilən hasarların söküntüsü işləri aparılmışdı.

Məsələ ilə bağlı rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Tacxeber.com

Oxşar xəbərlər

DƏHŞƏT! Azərbaycanda satılan məktəbli formaları xərçəng yaradır

redaktor

Azərbaycanda cərrahlar yoxa çıxır: Acınacaqlı səbəbləri bəllidir

redaktor

Buraxılış imtahanında ən yüksək balı o topladı

redaktor