23 C
Bakı
22 İyun 2025 20:32
CəmiyyətGündəm

Mütəxəssislərdən xəbərdarlıq – Hər çobanyastığı şəfalı deyil

May çobanyastığını necə müəyyən etmək olar?

mutexessislerden-xeberdarliq

 

May çobanyastığı çay kimi istehlak edildikdə sağlamlığa bir çox faydası var. Başda yuxusuzluq olmaqla sinir sistemi, həzm sistemi və əzələ ağrıları kimi bir çox problemlərin müalicəsində geniş istifadə olunur.

Balıkesir Universitetinin Prof. Dr. Fatih Satıl kənddə çiçək açan hər çobanyastığının may çobanyastığı olmadığını vurğulayıb:

“Qablaşdırılmamış satılan çobanyastığıların hamısı sağlamlıq və digər məqsədlər üçün istifadə olunan müalicəvi çobanyastığı deyil. Bu səbəblə açıq şəkildə satılan və may çobanyastığı olmayan bitkilərin bəziləri fayda əvəzinə zərər verə bilər. Ona görə də diqqətli olmaq lazımdır”.

Prof. Dr. Fatih Satıl çobanyastığı yığarkən nələrə diqqət edilməklə bağlı bunları söyləyib:

“May papatyasının ortasındakı sarı hissə konus şəklindədir və içi boşdur. Yarpaqları tül formasındadır. Bundan başqa, müalicəvi çobanyastığılar digər növlərdən özünəməxsus qoxusu ilə seçilir. Müalicə məqsədilə istifadə ediləcək qurudulmuş çobanyastığı çiçəklərini isti suya ataraq dəmləmək və əsla qaynatmaq olmaz”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda təhlükəli və dəhşətli dələduzluq növü yayılıb… – XƏBƏRDARLIQ

redaktor

Ərəblərin Azərbaycana marağı niyə azalıb?

admin

“Hücum edilən ölkəyə dəstək vermək mənəvi borcumuzdur…” – NATO-nun baş katibi

redaktor