25.3 C
Bakı
13 İyun 2026 13:19
Hadisə

Rusiyada “Qurani-Kərim”i yandıran şəxs saxlanılıb, cinayət işi açılıb

 

Rusiya İstintaq Komitəsi Volqoqrad şəhərində “Qurani-Kərim” kitabını yandırmaqda şübhəli bilinən şəxsə qarşı cinayət işi açıb.

Bu barədə qurumun saytında məlumat verilib.

Qeyd olunub ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi əsasında (Cəmiyyətə açıq-aşkar hörmətsizliyi ifadə edən və dindarların dini hisslərini təhqir etmək məqsədi ilə törədilən ictimai hərəkətlər) cinayət törətməkdə şübhəli bilinən yerli sakin Nikita Juravel saxlanılıb.

Qeyd olunub ki, cinayətkar şəhərin Cümə məscidi yaxınlığında bütün müsəlmanlar üçün müqəddəs kitabı yandırıb./Report

Oxşar xəbərlər

Rusiyada növbəti oliqarx-məmur özünü pəncərədən atdı-şübhəli ölümlə bağlı maraqlı detallar

redaktor

Vətən müharibəsi iştirakçısı evində ölü tapıldı – Musiqiçi idi

redaktor

Niyə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Rusiyanın maraqlarını qoruyur?

admin