Dünya

Təyyarədə uçuş zamanı telefonun söndürülməsi və ya “uçuş rejimi”ndə istifadə edilməsinin səbəbi açıqlanıb.

 

Bu barədə tanınmış stüardessa Sierra məlumat yayıb.

Tacxeber.com xəbər verir ki, onun sözlərinə görə, smartfonlar işlək vəziyyətdə olduqda elektrik tezlikləri arasında ziddiyyətlər yaranır. Bu da təyyarədəki siqnalın tamamilə itməsinə səbəb olur:

“İşlək telefonun tezliyinə görə pilot qəfildən siqnalı qarışdıra, idarəetməni də itirə bilər. Bu isə faciəyə gətirib çıxarır. Ona görə də sərnişinlər məsələyə ciddi yanaşmalıdır və uçuş zamanı telefonlarını söndürməsələr belə, “təyyarə rejimi”ndən istifadə etməlidir”, – o bildirib.

Qeyd edək ki, dünyada hər gün orta hesabla 45 minə yaxın reys həyata keçirilir. Bu da təxminən 2,9 milyon sərnişin deməkdir.(lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

Kodlaşmış həyatın dustaqları: İnsanın mənəvi ünvanı haradadır? – Cavid Fərzəli yazır…

redaktor

Ukraynada əsir düşən ortaasiyalılar kömək istəyirlər, onları eşidən yoxdur

admin

Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə

redaktor