28 C
Bakı
12 Avqust 2025 20:29
Sağlamlıq

Əzələ ağrılarını aradan qaldıran ən sadə üsul

 

“Sport24” jurnalı məşqdən sonra əzələ ağrılarını aradan qaldırmağın ən yaxşı yollarını açıqlayıb.

Materialda deyilir ki, məşqdən sonra uzanmaq ağrının öhdəsindən gəlməyə kömək edə bilər. Qeyd olunub ki, uzanmaq əzələlərdə qan dövranını yaxşılaşdırır, ağrıları daha tez aradan qaldırır və rahatlamasına kömək edir.

Həmçinin masaj ağrıları aradan qaldıran üsullardan biri ola bilər. “Peşəkar masaja yazılmağa pulunuz yoxdursa, rulon və ya tennis topu ilə özünü masajdan istifadə edə bilərsiniz. İynəli xalçada uzanmaq da faydalıdır”, – jurnalda əlavə olunub.

Bundan əlavə, bərpa prosesində düzgün qidalanma və istirahətin vacibliyi vurğulanır. Materialda deyilir: “Əgər bədənə bərpa etmək üçün kifayət qədər vaxt verməsəniz, bu, əzələ gərginliyinə, ağrıya, hətta zədələrə səbəb ola bilər”.

Tacxeber.com

Oxşar xəbərlər

Nəyə görə ər-arvadın yatağı ayrı olmalıdır?- ALİMLƏRDƏN İZAH

admin

Yatmış xərçəng hüceyrələrini oyadır – Həkimlərin evlərinə belə daxil etmədikləri qidalar

redaktor

Arı şanından sehrli məlhəm

redaktor