Cəmiyyət

Hikmət Mirzəyev XTQ şəhidi Pəncəlinin anasının qarşısında… – VİDEO

 

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin komandiri, general-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-nin bir qrup hərbçisi ilə Aprel döyüşlərinin şəhidi, XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, XTQ-nin böyük nümayəndə heyəti ilə Astara rayonuna gələn H. Mirzəyev Pəncəlinin anası Vahimə Teymurova ilə birgə şəhidin məzarına baş çəkib.

Şəhidin abidəsi önünə əklillər və gül dəstələri qoyulub. XTQ komandiri şəhidin anasına təsəlli verərək, şəhidliyindən illər keçməsinə baxmayaraq oğlunun qəhrəmanlığının dillər əzbəri olmasından söz açıb, ruhuna dualar oxuyub.

Qeyd edək ki, P.Teymurov Talış yüksəkliklərinin alınmasında şəxsi igidliyi ilə fərqlənərək 3 aprel 2016-cı ildə qəhrəmancasına şəhid olub. O, toyunda özünə şəhidlik arzulamışdı.

 

Oxşar xəbərlər

Sevdiyi üçün narkoman olan müğənni: “Atamın hər hansı bir əşyasını satanda pis olurdum” – VİDEO

redaktor

Azər müzakirə olunan şousu barədə: “TikTok”u mədəniləşdirəcəyəm”

redaktor

Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu – ÇARƏSİZ İNSANLAR TBLİSİDƏN BAKIYA İSTANBUL VƏ AKTAU ÜZƏRİNDƏN GƏLİR

redaktor