Hadisə

Misir Mərdanovun qardaşının istirahət mərkəzi yandı – FOTO

 

Siyəzən rayonunda istirahət mərkəzində yanğın olub.

Hadisə rayonun Məşrif kəndində qeydə alınıb. Əli Mərdanova məxsus istirahət mərkəzinin 150 kvadratmetr sahəsi yanıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yanan istirahət mərkəzinin sahibi Əli Mərdanov keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Əli Mərdanov əvvəllər Şabran Rayon Polis Şöbəsinin rəisi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Cəlilabadda qadın mülkə görə öldürülüb? – TƏFƏRRÜAT

redaktor

Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT – 900-dən çox gəmi kursunu itirdi

redaktor

Ərbəin zəvvarlarının avtobusu qəzaya uğradı – 18 ölü

redaktor