24 C
Bakı
26 Sentyabr 2025 16:09
Dünya

Şirinləşdirilmiş dəniz suyunun qiyməti neçəyə olacaq? – VİDEO

 

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq.

Tacxeber.com-ın məlumatına görə, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, Xəzər dənizinin suyunda duzluluq okeanlara nisbətən 3 dəfə azdır.

Buna görə də ölkəmizdə dəniz suyunun şirinləşdirilməsi daha az xərc tələb edəcək.

Mütəxəssis bildirib ki, dəniz suyunu şirinləşdirməklə Abşeron, Qaradağ, Pirallahı, Zirə və Salyan rayonu ərazilərində içməli suya olan təlabatı qarşılamaq olar. Rövşən Abbasov içməli dəniz suyunun təxmini qiymətini də açıqlayıb.
Onun sözlərinə görə, suyun 1 kub metrinin qiyməti 2-3 manat arasında dəyişə bilər.

Mütəxəssis xatırladıb ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Bayden haqqındakı kitabda şok FAKTLAR: ABŞ-ni əslində kimlər idarə edib?

redaktor

Alman zabitlərinin gizli səsyazısı Putinin əlinə necə keçib? – Beynəlxalq qalmaqal

redaktor

Pərəstişkarları onların yenidən evlənəciyini ümid edir

admin