Dünya

Müxalifətçinin üzünə tüpürən erməni spiker: Peşmanam

Müxalifətçinin üzünə tüpürən erməni spiker: Peşmanam

Ermənistan parlamentinin sədri Alen Simonyan ermənilərdən üzr istəyib.

Tacxeber.comxəbər verir ki, Simonyan bu barədə “Facebook” hesabında yazıb.

“Mənə ünvanlanan şəxsi təhqirə əsəbiləşdiyim üçün peşmanam. Əminəm ki, ləyaqəti olan istənilən erməni belə təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət çəkindirici rol oynamalıdır. Bu həm də mənim üçün bir dərsdir. Bu hadisə ilə əlaqədar mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm”, – erməni spiker bildirib.

Qeyd edək ki, aprelin 2-də müxalif fəal Karen Mkrtçyanla spiker Simonyan arasında insident olub. Mkrtçyan canlı yayımda deyib ki, paytaxtın mərkəzində Alen Simonyanı görüb və onu “satqın” adlandırıb. Bundan sonra spiker Mkrtçyanın üzünə tüpürüb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkələr də döyüşə hazırlaşır: ərzaq ehtiyatı yığılır – İsrail-Fələstin

redaktor

Trampın Ukraynadakı müharibəni necə tez bitirmək barədə heç bir fikri yoxdur – WP

redaktor

İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”

redaktor