18 C
Bakı
06 Oktyabr 2026 02:30
Dünya

Gömrük generalı azadlığa buraxıldı

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalı Ehtiram Xəlilov dünən axşam azadlığa buraxılıb.

Tacxeber.com-ın məlumatına görə, məhkəmə Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb.

Qərara əsasən, general ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ötən ilin iyin ayında “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Qaynarinfo

Tacxeber.com

Oxşar xəbərlər

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor

Tehran Times, Türkiyə və Zəngəzur dəhlizi: əslində nə baş verir?

redaktor