23.3 C
Bakı
13 İyun 2026 10:37
Şou

Roza: “Polad Bülbüloğlu mənimlə fəxr etdiyini söylədi”

Roza: “Polad Bülbüloğlu mənimlə fəxr etdiyini söylədi”

 

Müğənni Roza Zərgərli Qazaıxtanda TÜRKSOY-un keçirdiyi konsertdə Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, ifaçı bu barədə 106.3 FM-də Kazım Sübhanın qonağı olarkən söz açıb:

“O, oxuyanda mən kulisdə oynayırdım. Bütün xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir – mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram.

Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdiyini söylədi. Bu, mənim üçün ən böyük tərifdir. O mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır – ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.

Qeyd edək ki, R.Zərgərli Qazaxıstanda rəsmi şəxslərlə görüşmüş və Karaqanda şəhərində səhnə almışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Elgizdən Vəfaya: “Şəbnəmin keçmiş həyat yoldaşı səninlə evlənib?”

admin

“O vaxt mənə lağ edən müğənnilər açdığım cığırla arxamca gəldilər…” – FOTOLAR

redaktor

Bilal Əliyevdən Məleykə Əsədovanın keçmiş əri ilə bağlı etiraf

redaktor