15 C
Bakı
30 Mart 2026 20:02
GündəmTəhsil

İmtahana qumbara keçirmək istəyənlər olub – DİM sədri

İmtahana qumbara keçirmək istəyənlər olub - DİM sədri

 

“Biz çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın”.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Ancaq sosial şəbəkələrdə bəzi abituriyentlər bir-birilə əvvəlcədən tanışlıq yaradır. Biz isə onlara sosial şəbəkədə müdaxilə edə bilmərik. Nə üçün bunlar qınanmır? Telefonu keçirmək üçün müəllimlər tapşırıq verir. “Telegram”da, bəzi kurslarda qanunsuz çağırışlar edilir”, – DİM sədri bildirib.

Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub: “Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır”.

Tacxeber.com

Oxşar xəbərlər

Suriyada təhsildə cinsiyyət ayrımını ləğv etdi, İranda isə qız-oğlanlar hələ də ayrı-ayrı binalarda təhsil alır.

admin

Rövnəq Abdullayevin Azərbaycandan çıxardığı sərvət: Ağlasığmaz məbləğ

admin

8 milyon pul yoxa çıxıb: Etibar Pirverdiyev stadionu sökdürdü

redaktor