Cəmiyyət

“Manatlıq taksi”də qadın sərnişinə qarşı əxlaqsızlıq: DİN hərəkətə keçdi – VİDEO

 

Bakıda taksidə qadına qarşı əxlaqsızlıq edilib.

Baku.ws-in məlumatına görə, hadisə bu gün səhər saatlarında “20 Yanvar” dairəsi yaxınlığında baş verib.

“Manatlıq taksi”dən istifadə edən 21 yaşlı Ağayeva Gülnaz (ad şərtidir – red.) adlı xanım digər sərnişin tərəfindən cinsi qısnamaya məruz qalıb.

Qadın ağlayaraq baş verənləri lentə alıb. Taksidə başqa sərnişinlər də olublar və onlar hadisəyə məhəl qoymayıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən polis baş leytenantı Nurlan Əliyev bildirib ki, hadisədən xəbərdardırlar. Hazırda araşdırma aparılır. Həmin şəxs barəsində tədbir görüləcək.

 

Oxşar xəbərlər

Oqtay Əsədov bu vəzifəyə yenidən SEÇİLDİ

redaktor

Flora Kərimovaya qarşı təxribat? – Eks-deputat Xalq artistini qınadı, millət vəkili müdafiə etdi

redaktor

“Rufo Gəncinski”dən “Toppuş bacı“ya böyük məbləğdə JEST

redaktor