26 C
Bakı
12 Sentyabr 2026 14:00
Dünya

Kadırovun atını oğurladılar – FOTO

 

Çexiyada Çeçenistanın rəhbəri Ramzan Kadırova məxsus at oğurlanıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Çexiyanın “Idnes” nəşri məlumat yayıb.

Bildirilir ki, saf cins ingilis ayğırı Zazou ölkənin qərbindəki Krabçitse kəndində tövlədən oğurlanıb.

Çexiya hüquq-mühafizə orqanlarının məlumatına görə, içəri girən şəxs karabinin köməyi ilə zənciri qırıb və atı qaçırıb. Çexiya polisi at oğrusunu gücləndirilmiş rejimdə axtardığını bildirib.

Heyvanın qiyməti təxminən 18 min dollardır (təxminən 30,6 min manat).

Qeyd olunub ki, Zazou və Çexiyadakı bir neçə başqa at sanksiyalar çərçivəsində Kadırovun dondurulmuş əmlakı siyahısındadır. Ukraynaya qarşı müharibə başlamazdan bir ay əvvəl iki rusdilli şəxs ayğırı Çexiya tövləsindən Polşaya aparmağa çalışsa da, müəssisənin sahibi onlara icazə verməyib.

Heyvan 2012-ci ildə alınıb, yarışlarda çoxsaylı mükafatlar qazanıb.(Oxu.az)

 

Oxşar xəbərlər

Husilər Perimi ələ keçirib: Hərəkat əsas dəniz yoluna nəzarəti ələ keçirib

redaktor

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər Donanmasına məxsus gəmini məhv edib

redaktor