21 C
Bakı
20 Oktyabr 2026 14:57
Digər

Ramzan Kadırovun səhhətində ciddi problemlər yarandı

 

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb.

Bu barədə “Bild” nəşrində qeyd olunub.

Son bir neçə ayda o, çox kökəlib və videoda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var.

Nəşr bildirib ki, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana həkim gətirib. Əbu-Dabidəki “Burjil” xəstəxanasının böyrək şöbəsinin müdiri, doktor Yasin İbrahim Əl-Şahat Kadırovu müalicə etmək üçün Qroznıya gedib.

Bu səbəbdən Çeçenistan rəhbəri Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Moskvadakı çıxışında iştirak edə bilməyib. Kadırovun bəzən enerjili və çevik görünməsi stimullaşdırıcı vasitələrdən istifadə etməklə bağlıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Heç nə əbədi deyil…

redaktor

Allahın varlığına inanmağım səni niyə narahat edir?

redaktor

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor