Dünya

Pentaqon: “Tankları Ukraynaya çatdırmağın ən sürətli yolunu axtarırıq”

 

ABŞ Silahlı Qüvvələrinin quru qoşunlarının komandiri Kristin Uormut Amerika ordusunun M1 Abrams tanklarının Ukraynaya çatdırılma prosesinin bir ildən çox davam edəcəyini deyib.

Tacxeber.com xəbər verir ki, Kristin Uormutun sözlərinə görə, tankların ukraynalılara çatdırmasının ən sürətli yolu axtarılır.

“Bu, bir neçə həftənin məsələsi olmayacaq. Tankların Kiyevə təhvil verilməsi yaxın həftələrdə və ya aylarda baş tuta bilməz, daha uzun müddət üçün nəzərdə tutulub. Hazırda Ukraynanın bu silah növünü 1,5-2 ildən az müddətdə ala bilməsi üçün müxtəlif variantlar nəzərdən keçirilir. Bu məqsədlərə nail olmaq üçün Ukraynada tanklar sıfırdan istehsal oluna bilər və ya onları ABŞ-ın əvvəllər təchiz etdiyi ölkələr Kiyevə verə bilər”, – Pentaqon nümayəndəsi vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski ilə Zalujnı arasındakı gərginliyin səbəbi

redaktor

“Hindistana məxsus 5-ci qırıcı təyyarəni vurduq” – Şahbaz Şərif

admin

Hücuma keçən rus qüvvələrinə ağır zərbə – Darmadağın edildi

admin