26 C
Bakı
13 Avqust 2025 01:16
Dünya

Səfər Mehdiyev nə qədər pensiya alır? – Şok məbləğ

 

Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generalları 8-10 min manat və daha artıq pensiya alırlar.

Tacxeber.com Qaynarinfo.az-a istinadən xəbər verir ki, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Komitənin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin pensiyası 10140 manatdır. Onun pensiyasının yüksək məbləğdə hesablanması xidmət müddətinin keçməsi, uzun illər DGK-da çalışıb, yüksək rütbə daşıması ilə bağlıdır.

2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilən DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin təqaüdü isə 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara 8300 manata yaxın pensiya verilir.

Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyası 2-4 min manat arasındadır.

Qeyd edək ki, bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda 18 min manat pensiya verilməsi ilə bağlı məlumat yaymışdı. Bildirilmişdi ki, ümumilikdə ölkədə 10 min manatdan çox pensiya alanların sayı kifayət qədərdir.

Tacxeber.com

Oxşar xəbərlər

Lukaşenkodan Zelenskiyə: “Sabah Amerikada rəhbərlik dəyişəcək, bəs siz harada olacaqsınız?” – VİDEO

redaktor

Trampdan BRİCS-ə xəbərdarlıq.

admin

Nazirlikdən qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

redaktor