21 C
Bakı
23 İyun 2025 01:06
Dünya

Türkiyə MÜHÜM ADDIM ATDI – Yunanıstanla münasibətləri yaxşılaşdırmaq üçün 6 TƏKLİF

 

Məlum olduğu kimi, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Yunanıstan Türkiyə ilə həmrəylik nümayiş etdirib.

Tacxeber.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasında münasibətlərin normallaşması üçün Ankaranın Afinaya 6 bəndlik təklif paketi təqdim etdiyini və cavab gözlədiklərini bildirib.

Çavuşoğlu qeyd edib ki, keçən ilin dekabr ayında Berlində Türkiyə Prezidentinin sözçüsü səfir İbrahim Kalın Almaniya Federal Kanslerinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Yens Plötnerin də qatıldığı toplantıda Yunanıstan Baş nazirinin Diplomatik Ofisinin direktoru Anna-Maria Bura ilə danışıb və əlaqələrin normallaşdırılması üçün altı maddəlik təklif paketi təqdim edib.

“Tövsiyələrə məsləhətləşmələrin davam etdirilməsi, etimad tədbirlərinə dair müzakirələr və NATO ilə danışıqlar daxildir. Yunanıstandan cavab gözləyirik. Hataya gələn dostum, Yunanıstanın Xarici İşlər Naziri Nikos Dendiasa münasibətlərimizi yaxşılaşdırmaq üçün bir fəlakət gözləməməli olduğumuzu söylədim. Biz təkcə normallaşmaq yox, həm də aramızdakı məsələləri həll etməliyik”, – deyə, Çavuşoğlu bildirib.

Seçkilərdən əvvəl Türkiyə – Yunanıstan münasibətlərinin yaxşılaşdırılması üçün addımların atılıb-atılmayacağı barədə suala Türkiyə XİN başçısı belə cavab verib:

“Bu, Yunanıstan üçün çətindir. Xalqın təzyiqinə görə yunan siyasətçiləri üçün asan deyil. Bu məsələ ilə bağlı bizim xalqımız tərəfindən heç bir təzyiq yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

“İrana PUA üçün yalvaran Putin idi”

redaktor

ABŞ-da quldarlığı ləğv etmiş prezidentin abidəsi təhqir edildi

redaktor

Ərdoğan “TikTok” açdı – FOTO

admin