11 C
Bakı
23 Mart 2026 20:39
Hadisə

Azərbaycanlı xilasedici zəlzələ bölgəsində xəsarət alıb – VİDEO

 

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.

 

Oxşar xəbərlər

Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəldi

redaktor

Bakıda avtomobil yolun ortasında alışıb-yandı – VİDEO

redaktor

Süleyman Soylu Kəmaləddin Heydərova zəng edib dəstək istədi – VİDEO

redaktor